Tələbələrimiz COP29 çərçivəsində təşkil olunan ideathon yarışında 3-cü yerə layiq görülüblər
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsi Tələbə Gənclər Təşkilatının tələbələri COP29 çərçivəsində təşkil olunan ideathon yarışında 3-cü yerə layiq görülüblər.
Bakı Ali Neft Məktəbində “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin bir hissəsi olaraq gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə “Bridging the Gap - Youth and Green Jobs Market” mövzusunda ideathon yarışı keçirilib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Birləşmiş Millətlər Təşkilatı İnkişaf programının İnnovasiya rəhbəri Leyla Seyidzadə və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova çıxış ediblər.
Ölkəmizdə həyata keçirilən ekoloji inkişaf tədbirlərindən söz açılıb, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq məsələlərindən bəhs edilib.
Sözügedən yarışda ümumilikdə 15 komanda iştirak edib.
Tələbələrimiz yarışda aktiv iştirak edərək 3-cü yerə və 1000 azn-lik mükafata layiq görülüblər.