İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva Orhun mübadilə proqramı çərçivəsində Özbəkistanda səfərdə olub.


Kokand Universitetinin Beynəlxalq turizm və iqtisadiyyat fakültəsinin tələbələri üçün Sosiologiya və Politologiya fənləri üzrə mühazirələr oxuyub. Eyni zamanda, Könül Əliyeva qeyd olunan fakültənin professor-müəllim heyəti ilə görüşüb. Görüşlərdə AzMİU ilə Kokand Universiteti arasında qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıqlara dair faydalı müzakirələr aparılıb. 

Qeyd edək ki, Orhun Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanan protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır. 2021-ci ildən AzMİU Orhun mübadilə proqramı çərçivəsində xarici universitetlərlə əməkdaşlığa başlayıb.
 

21-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]