AzMİU-nun əcnəbi tələbələrinin sayı artıb


2024/2025-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) əcnəbi tələbələrin qəbulu həyata keçirilib. Həm ödənişli əsaslarla, həm də Elm və Təhsil Nazirliyinin göndərişi əsasında müvafiq qrantlar çərçivəsində, ümumilikdə 124 əcnəbi tələbə AzMİU-nu seçib. AzMİU-nun beynəlxalq reytinqlərdə irəliləməsi əcnəbi tələbə sayının artımına da ciddi təkan verib və universitetimizi seçən tələbələrin coğrafi müxtəlifliyi genişlənib.

AzMİU-nu seçən tələbələrin böyük əksəriyyəti həmişə olduğu kimi, Türkiyə Respublikasının payına düşür. Eyni zamanda, onlar arasında MDB ölkələrindən, Ukrayna, İran, İraq, Yəmən, Somali, Keniya, Suriya, ÇXR, İndoneziya, Pakistan və Əfqanıstandan olan tələbələr də var.

Əcnəbi vətəndaşların universitetə qəbulu portal.edu.az  vasitəsilə aparılır. Artıq təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə əcnəbi vətəndaşların qəbulu başa çatıb. Onlar universitetimizdə fərdi müqavilə, beynəlxalq mübadilə, ikili diplom proqramları, Dövlət İmtahan Mərkəzinin xətti ilə, təhsil qrantları, HTP ilə təhsil almaq hüququ qazanıb.

Bildirək ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantları ölkəmizin beynəlxalq nüfuzunun artması, dövlətlərarası əməkdaşlığın möhkəmlənməsi və mütəxəssis hazırlığının inkişafına da öz töhfələrini verir.

Bu il ölkəmizdə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı təsis edilib. Bu proqram çərçivəsində 4 nəfər əcnəbi vətəndaş (2 magistr, 2 hazırlıq) universitetimizdə təhsil alacaq.

17-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]