Tələbələrə "CyberPulse" layihəsi çərçivəsində 3-cü təlim keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “CyberPulse" layihəsi çərçivəsində 3-cü təlimi keçirilib.
Təlimdə kibertəhlükəsizlik mütəxəssisi Zaur Qasımov iştirakçılara "Red team" yanaşmaları, habelə serverlərdə təhlükəsizlik boşluqlarının aşkar olunması və qarşısının alınması texnikalarını nümayiş etdirib.
AKTA və MilliSec şirkətinin birgə əməkdaşlığı ilə keçirilən təlimdə iştirak edən bütün tələbələrə sertifikatlar, seçilən tələbələrə isə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, təlimlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
15-10-2024