AzMİU-nun tələbələri Tələbə Təhsil Kredit Fondu barədə məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Tələbə Təhsil Kredit Fondunun imkanları ilə bağlı infosessiya keçirilir.
İnfosessiyada Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili və Təhsil Tələbə Kredit Fondunun baş mütəxəssisi Günay Xəlilova çıxış edərək, tələbə təhsil kreditlərinin əhəmiyyəti və əldə olunma prosesi barədə ətraflı məlumat veriblər.
THİK sədri Şahmar Rəfili çıxışında, fondun tələbələrə təqdim etdiyi imkanların onların təhsil xərclərini qarşılamaqda olan faydasını nəzərə çatdırıb. Bu kreditlərdən yararlanan tələbələrin maliyyə yükünü azaltmaqla təhsili əlçatan etdiyini söyləyib.
Günay Xəlilova isə fondun fəaliyyətinə dair ətraflı təqdimatla çıxış edərək, kredit müraciətinin nə qədər asan olduğunu açıqladı. O, tələbələrin bu fonddan necə yararlana biləcəkləri, şərtlər və proses haqqında geniş məlumat verdi.
Sonda tələbələrin sualları Fondun əməkdaşı tərəfindən cavablandırıldı.