Həlqəvi qaz kəməri sisteminin rekonstruksiya həllərinin texnoloji əsasları tədqiq olunub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib.

Seminarda Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının müdiri dosent İlqar Əliyev “Həlqəvi qaz kəməri sisteminin rekonstruksiya həllərinin texnoloji əsasları” mövzusunda geniş məruzə ilə çıxış edib.

Elmi-tədqiqat işində İlqar Əliyev həlqəvi boru kəmərinin qeyri-stasionar qaz axınını hesablanması metodologiyasının təyini üçün riyazi modelin təhlilini aparıb.  Həlqəvi boru kəmərinin sabit en kəsikli boyu qeyri-stasionar qaz axını təsvir edən xüsusi differensial tənliklər sisteminin həllini alıb. Kafedra müdiri qeyd edib ki, həllə daxil edilmiş sərhəd şərtlərinin bir-birinə bərabərliyinə dair tələblər analitik modelin yığcam qeydini əldə etməyə imkan verir, lakin modeldə qaz axını və ya təzyiqi kəskin dəyişikliklər üçün modelin istifadə dairəsini məhdudlaşdırmır.

Kafedranın əməkdaşları və gənc tədqiqatçıların iştirak etdiyi elmi seminarda məruzə ilə bağlı müzakirələr aparılıb, İlqar Əliyev tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.

10-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]