AzMİU-da forum: “Süni İntellekt və Yüksək Texnologiyalar”
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Süni İntellekt və Yüksək Texnologiyalar” adlı forum keçirilib.
Forumun açılış mərasimində universitetin TGT-nin sədri Tacir İsmayılzadə və layihə rəhbəri Ülvi Quluzadə çıxış ediblər.
Forum ərzində 200-dən çox gənc 2 fərqli mövzudan bəhs edən panel görüşlərdə iştirak edib. “Süni intellektin əmək bazarına təsirləri” və “Süni intellektin insan həyatında rolu və yeni addımlar” adlı panel görüşlərdə müxtəlif müzakirələr aparılıb.
Panel diskussiyalarda Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasiyasının sədr müavini Rauf Cabbarov, “Code Academy” şirkətinin direktoru Ülvi Aslanov, Azərbaycan Texniki Universitetinin İnformasiya və Telekommunikasiya fakültəsinin Mühəndis Riyaziyyatı və Süni İntellekt kafedrasının müəllimi Cavid Abbaslı və “Davamly” agentliyinin həmtəsisçisi, sosial media marketinq mütəxəssisi Həsən Hüseynsoy iştirak ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi süni intellektin günümüzdə insan həyatı və əmək fəaliyyəti üzərindəki rolunu aşılamaq, süni intellektin əmək bazarına müsbət və mənfi təsirləri barədə gəncləri məlumatlandırmaqdır.