Memarlıq tarixinin tədrisində innovativ metodika tətbiq olunub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayevanın elmi rəhbərliyi ilə “Memarlıq tarixi-2” fənni üzrə innovativ tədris prosesinə start verilib.

Memarlıq fakültəsinin 113 İ qrupunda tədris olunan fəndə yeni metodikadan istifadə olunub. Metodikanın tətbiqi ilə tələbələr Azərbaycan memarlığının tarixi ilə bağlı fundamental biliklərini möhkəmləndirəcək, yeni yanaşma ilə mövzuları daha yaxşı mənimsəyəcəklər. Onlar semestr ərzində keçirilən mövzular üzrə qeydlər aparacaq, təqdimatlar hazırlayacaq və öyrəndiklərini digər tələbələrlə bölüşəcəklər.  

Fidan Mustafayevanın rəhbərliyi ilə həyata keçirilən bu metodika, memarlıq tarixi ilə bağlı düşüncə sistemini formalaşdıraraq, tələbələrin analitik düşünmə bacarığını inkişaf etdirəcək. Müəllimənin sözlərinə görə tələbələr böyük həvəslə prosesə qoşulublar.

Məlumat üçün qeyd edək ki, bu tədris metodikasının tətbiqi, memarlıq tarixini öyrənən tələbələr üçün əhəmiyyətli bir inkişafdır. Tədrisdə interaktiv mühit yaratmaqla onların qeyri-adi yanaşmalarla düşünmələrini və öz fikirlərini sərbəst ifadə etmələrini təmin edir.

07-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]