AzMİU tələbələri "Yaradıcı həftə" çərçivəsində keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin ( THİK) Cinema klubu üzvləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı həftə" çərçivəsində keçirilən "Şərq və Mərkəzi Asiya Ölkələrinin Film Marketi" sərgisində iştirak ediblər.
Sərgidə iştirak edən tələbələr kino sənayesinə dair yeni məlumatlar əldə ediblər.
Sözügedən həftənin əsas məqsədi, mədəniyyət və yaradıcı sənayelərin vahid bir ekosistem kimi formalaşması və bu sahənin bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, eyni zamanda sahəvi klasterləşmənin təşviqidir.
Qeyd edək ki, "Yaradıcı həftə" ərzində ölkədə ilk dəfə olaraq "Baku Cinema Breeze" platforması çərçivəsində film festivalları, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi, "Caspian Dream" incəsənət sərgisi, "Prodüserlərin yüksəlişi 2024" layihəsinin təqdimatı və digər müxtəlif yaradıcı tədbirlər baş tutacaqdır.