Tələbələrimiz 10-cu Beynəlxalq Kitab sərgisində


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) açılıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş kitab sərgisidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri də iştirak ediblər. 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı baş tutan ekskursiyada tələbələrimiz azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılarla ünsiyyət imkanı qazanıb, tədbir çərçivəsində keçirilən ustad dərsinə qatılıb, yeni nəşr olunan kitablarla maraqlanıblar. 


 

03-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]