Birinci kurs tələbələrimiz elektron kitabxanadan istifadə qaydalarını öyrəniblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Elektron kitabxanası təlimlərə başlayıb. Növbəli şəkildə davam edəcək təlimlərə bütün fakültələrdən birinci kurs tələbələri cəlb olunacaq.

Kitabxana ilə tanışlıq məqsədi daşıyacaq təlimlərdə gənclərə ənənəvi və elektron kitabxana haqqında ilkin məlumat veriləcək, AzMiU-nun elektron kitabxana və elektron resurslarından istifadə qaydaları izah ediləcək.

İlk görüşdə Elektron kitabxananın müdiri Aytən Rəhmanova tələbələri salamlayıb, rəhbəri olduğu kitabxananın fəaliyyətindən danışıb. Elektron kitabxanaya üzvlük və istifadə qaydalarını izah edib. “Elektron kitabxana” linkindən istifadə etməklə zəngin, müasir təlabata uyğun kitab fondundan istifadə edə biləcəklərini söyləyib.

Maraqla qarşılanan təlimin sonunda tələbələrin sualları Aytən Rəhmanova tərəfindən cavablandırılıb.

03-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]