AzMİU -da "Dost görüşləri" - Memarlıq və Dizayn fakültələrinin tələbələrinin tanışlığı


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələrinin I kurs tələbələri arasında “Dost görüşü” keçirilib.

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə reallaşan görüşlər yeni tələbələrin universitet həyatına uyğunlaşmalarını asanlaşdırmaq, həmçinin onlara fakültə və ixtisas haqqında daha ətraflı məlumat vermək məqsədilə təşkil edilib.

Görüşlər zamanı birinci kurs tələbələri bir-biri ilə daha yaxından tanış olub, müxtəlif qrup oyunları və əyləncəli fəaliyyətlər vasitəsilə dostluq və komanda ruhunu hiss ediblər.

Tanışlıq fürsəti əldə edən tələbələr öz maraq dairələri, ixtisasları və karyera hədəfləri haqqında danışıb, birgə uğurlu olmağın yollarını müzakirə ediblər. Bu görüşlər tələbələrin həm təhsil, həm də sosial həyatlarında daha aktiv olmalarına təkan verən uğurlu bir addım kimi yadda qalıb.

Sonda tələbələr öz təəssüratlarını bölüşüb, belə görüşlərin davamlı olmasını arzulayıblar. Kollektiv xatirə şəkli çəkdirərək günlərini unudulmaz ediblər.

30-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]