TGT-nin fəal üzvləri ağacəkmə aksiyasında iştirak edib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası həyata keçirilib.
Ağacəkmə aksiyasına Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) 15 nəfər tələbə üzvü də qatılıb.
Tələbələr aksiyada iştirak edərək, yeni ağacların əkilməsi, onların qulluq edilməsi və uzunmüddətli yaşamasının təmin edilməsi prosesində bilavasitə iştirak edib, həmçinin təbiətin bərpasına öz real töhfələrini veriblər.
Qeyd edək ki, tələbələrimizin ağacəkmə aksiyalarında iştirakı ətraf mühitin qorunması və yaşıllıqların artırılması istiqamətində atılan vacib addımlardan biridir. Bu cür aksiyalara qoşulmaqla onlar təbiətin bərpasına töhfə verməklə qalmır, eyni zamanda birlik və əməkdaşlıq ruhunu gücləndirir, ortaq məqsədlər ətrafında birləşir.