AzMİU-da Şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan film nümayiş olunub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının CreArt mədəniyyət klubları şəbəkəsinə daxil olan "Vətənpərvərlik" klubunun təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş açıq səma altında "Mübariz" filmi nümayiş olunub.

"Mübariz" filmi xalqımızın tarixi yaddaşında iz buraxan qəhrəmanların şərəfinə həsr olunub və vətənpərvərlik ruhunu yaşatmaq üçün əvəzolunmaz bir fürsət yaradıb.

Layihənin məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək və gənc nəsillərə Vətənə sevgi, vətənpərvərlik və milli birlik dəyərlərini aşılamaqdır. Bu cür tədbirlər vasitəsilə qəhrəmanlarımızın şücaəti və mübarizəsi nəsildən-nəsilə ötürülür və unudulmaz bir miras kimi qorunur.

"Mübariz" filmi, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın simvoluna çevrilmiş Mübariz İbrahimovun həyatından bəhs edən təsirli bir əsərdir. Filmdə tələbələr gənc yaşlarından özündə vətənpərvərlik hisslərini daşıyan bir igidin, bütün çətinliklərə baxmayaraq, vətən sevgisi uğrunda keçdiyi yolu, göstərdiyi qəhrəmanlığı və onun düşmən qarşısında mətin duruşunu izləyib.

Belə tədbirlərin həyata keçirilməsi, Vətən uğrunda canından keçən igidlərimizin xatirəsinin daim yaşadılmasına, onların fədakarlığının unudulmamasına və gənc nəsillərin bu qəhrəmanlıq dastanından ilham alaraq vətənpərvər ruhda böyüməsinə xidmət edir.

28-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]