Universitetimizin kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib


Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, universitetin struktur bölmələrinin rəhbərləri, ictimai və tələbə təşkilatlarının nümayəndələri, professor-müəllim heyəti və tələbələr şəhidlərimizin xatirəsini yad etmək üçün Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.  

AzMİU-nun kollektivi parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla anıblar.

30-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]