QS-in Konsaltinq komandası universitetin inzibati və akademik heyəti ilə görüşüb


Böyük Britaniyanın tanınmış “QS Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin konsaltinq komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inzibari və akademik heyəti ilə görüşüblər.

Görüş Agentliyin əməkdaşları Veronica Omeni, Dara Bukhtoyarova, Zaeem Siddiqui, Nilly Castano, universitetin prorektorları, inzibati və akademik heyəti arasında qarşılıqlı fikir mübadiləsi şəraitində aparılıb.

Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə reallaşdırılan görüşdə agentliyin əməkdaşları təmsil etdikləri qurumun fəaliyyət istiqamətlərindən danışıb, bununla yanaşı AzMİU-nun QS reytinqlərində performans qiymətləndirilməsinə dair infoqrafiyalar təqdim ediblər. AzMİU-nun son reytinq nəticələrindəki müsbət irəliləyişlərinə vurğu edərək, universitetin inkişaf strategiyasının daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndiriblər.

Bir sıra yerli və xarici ali təhsil müəssisələrinin reytinq cədvəlindəki mövqeyi ilə AzMİU-nun müqayisəli təhlilini aparıb, irəliləyişi daha da artırmaq üçün görülməli işləri diqqətə çatdırıblar.

Yekunda agentliyin üzvləri tərəfindən universitet əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

26-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]