AzMİU TGT və "Gənc MÜSİAD Azərbaycan"ın idarə heyətinin üzvləri görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) və Gənc Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətlərinin qeyri-rəsmi iclası keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd idarə heyəti üzvlərinin tanışlığı, birgə fəaliyyət istiqamətləri, həyata keçirilməsi planlaşdırılan layihələr haqqında müzakirələr aparmaq olub.
Görüşdə AzMİU TGT-nin sədri Tacir İsmayılzadə və “Gənc MÜSİAD Azərbaycan”ın sədri Akif Başoğlu arasında əməkdaşlıq danışıqları aparılıb. Hər iki tərəf potensiallarını və resurslarını birləşdirərək, birgə layihələr keçirməyi hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, bu əməkdaşlıq tələbələrin real iş dünyası ilə tanışlıq imkanlarını genişləndirmək, müxtəlif seminarlar, təlimlər, mentorluq proqramları və şəbəkələşmə tədbirlərində iştiraklarını dəstəkləmək məqsədi daşıyır.