"Dost görüşü" – Tikinti-İqtisad fakültəsinin tələbələri bir arada


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı və Tikinti-İqtisad fakültəsinin təşkilatçılığı ilə I kurslarla ilk "Dost görüşü" keçirilib.

Görüşün əsas məqsədi tələbələr arasında ünsiyyətin artırılması, peşəkar şəbəkənin qurulması və gələcəkdə əməkdaşlıq üçün təməl yaradılması olub. Tədbir çərçivəsində iştirakçılar öz maraq dairələri, ixtisasları və karyera hədəfləri haqqında danışaraq, dostları ilə fikir mübadiləsi aparıblar. 

Görüşdə, eyni zamanda, fakültənin TGT-nın idarə heyəti tərəfindən "Şəbəkələşmənin Əhəmiyyəti" mövzusunda məlumatlandırıcı danışıqlar da aparılıb. Bu danışıqlar tələbələrə gələcək karyera həyatında şəbəkənin rolunu və uğurlu karyera qurmaq üçün atılmalı olan addımları öyrətmək məqsədi daşıyıb.

Sonda, tələbələr öz təəssüratlarını bölüşüb, gələcəkdə bu cür görüşlərin daha çox təşkil olunmasını arzuladıqlarını bildiriblər. Görüş, tələbələrin həm şəxsi, həm də peşəkar inkişafı üçün əhəmiyyətli bir görüş kimi yadda qalıb. Tələbələr görüşün sonunda xatirə şəkli çəkdiriblər. 
 

23-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]