Nüfuzlu xarici universitet professorları tərəfindən təlimlər keçirilib


“Erasmus+ CBHE” layihəsi “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səriştələr” (Work4CE) layihəsinin Avropa tərəfdaşı olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə beynəlxalq görüş keçirilib. 

Görüşün proqramına uyğun olaraq universitetdə akademik heyət və tələbələr üçün təlimlər təşkil olunub. 

Təlimlər beynəlxalq səviyyəli professor və müəllimlər – Belçikanın Löven Katolik Universitetindən Peter Arras, İspaniyanın Bask Ölkəsi Universitetindən Rikardo Minguez, Karolina Kruz, Pello Jimbert, Zaporijjia Milli Politexnik Universitetindən Andriy Karpenko, Kiyev Milli İnşaat və Memarlıq Universitetindən Olena Vereniç, Dennie Jansen, Thorsten Ruben tərəfindən aparılıb. 

Xarici universitet nümayəndələri inteqrasiya və stimullaşdırıcı akademik tədqiqatlarda yenilik, davamlı təhsildə universitet və şirkətlərlə əməkdaşlıq, rəqəmsal transformasiya prosesi fonunda peşəkarlar üçün dünyada yeni tələblər, yumşaq bacarıqlar, layihə idarəetməsində davamlılıq və s. istiqamətlərdə müəllim və tələbələri məlumatlandırıblar. 

İnteraktiv formada təşkil olunan təlimlər maraqlı müzakirələr və diskussiyalarla davam edib.

Qeyd edək ki, “WORK4CE” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihədə Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycanın ali təhsil müəssisələri təmsil olunur.
 

20-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]