Tələbələrimiz Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin ev muzeyində olublar


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 18 Sentyabr Milli Musiqi günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiya təşkil olunub. 

Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir.

Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir.

Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir. Tələbələr hər birini gəzib və yaxından tanış olub.
 

18-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]