“21-ci əsrin müəllimləri” - Əməkdaşımız gənc müəllimlərin peşə bacarıqlarını artıran layihədə iştirak edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Nigar Abdullayeva Ali Təhsil Müəssisələrinin gənc müəllimlərinə innovativ və interaktiv təhsil metodları qazandırmaq və onların peşə bacarıqlarını artırmaq məqsədilə təşkil edilən “21-ci əsrin müəllimləri” layihəsində iştirak edib.

Layihə çərçivəsində iştirakçılara layihənin rəhbəri və eyni zamanda Bakı Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi Çimnaz İsmayılbəyli tərəfindən “Təhsildə inklüzivlik və sosial bərabərlik”, “Qeyri-formal təhsil: alətlər və metodlar” adlı interaktiv təlimlər keçirib, empatiya bacarıqlarını artıracaq “Bir addım irəli” adlı praktiki tapşırıqlar verilib. 

Layihənin digər sessiyalarına müxtəlif ekspertlər və təlimçilər moderatorluq edib.

Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi, təlimçi Əfsanə Muradlı “Ənənəvi yoxsa, müasir təhsil metodları?” və “Müəllim-şagird münasibətləri” adlı iki fərqli sessiya həyata keçirərək müəllimlərə fərqli baxış bucağı qazandırmış və müəllim-tələbə münasibətlərinə dair yeni yanaşmaları izah edib. “Problem ağacı” adlı praktiki tapşırıq vasitəsilə təhsildə mövcud olan problemlər, onların səbəb və nəticələri analiz edilib.

Təlim müddətində təqdim edilən innovativ və inklüziv yanaşmalar sayəsində iştirakçılar öz peşəkar bilik və bacarıqlarını təkmilləşdirmək, daha effektiv tədris strategiyalarını auditoriyalarda tətbiq etmək imkanı əldə ediblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.


 

05-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]