"QS" agentliyinin əməkdaşları ilə onlayn görüş keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “QS Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

Görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və Elmi-tədqiqat şöbəsinin əməkdaşları iştirak edib. Görüş beynəlxalq reytinqlərdə irəliləməyi hər zaman hədəf kimi müəyyənləşdirən AzMİU-nun qlobal rəqabət qabiliyyətini artırmaq istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi ilə təşkil olunub. Eyni zamanda Elmi-tədqiqat şöbəsinin “QS” prinsipləri müzakirə olunub, güclü və zəif tərəfləri haqda danışılıb, qurumun nümayəndələri tərəfindən əməkdaşlara dəyərli məsləhətlər verilib. 

Söhbət zamanı “QS” əməkdaşları reytinqlərdə AzMİU-nun irəliləməsi və mövcud pozisiyasının qorunması üçün lazım olan məqamları nəzərdən keçirib.
 

04-07-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]