AzMİU TGT Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəkləyir – Bu sahədə maarifləndirici layihələr reallaşdırır
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədlərini tanıdan kublar hazırlanıb.
AzMİU TGT Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsi və tələbələrin maariflənməsi məqsədi ilə SDG klubu yaradıb. Bu klubda Dayanıqlı İnkişaf Məqsədlərinin 17 məqsədi barədə maarifləndirici seminarlar keçirilir, eləcə də tətbiq edən layihələri reallaşdırır. Təşkilat Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından tanış olmaq, öz sıralarını artırmaq üçün tələbələri yeni yaradılan bu kluba qoşulmağa dəvət edir.
Qeyd edək ki, BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib.
Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni məqsədlər fonunda qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər.