Tələbələrimiz 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə keçirilən atıcılıq üzrə yarışda iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tələbələr arasında atıcılıq üzrə yarışı keçirilib.
Milli Müdafiə Universitetinin təlim-tədris mərkəzində təşkil olunan yarışda öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
TGT sədri Tacir İsmayılzadə yarışı açıq elan edərək Silahlı Qüvvələr Günü münasibətilə yarış iştirakçılarını təbrik edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qazandığı zəfərlərdən danışıb. Yarışın gedişatı haqqında məlumat verdikdən sonra mərkəzin əməkdaşları ümumi təlim və silahla davranış qaydalarını tələbələrə ətraflı izah edib. Yarış 6 fakültə arasında, iki hissədən ibarət şəkildə keçirilib. Yarışın sonunda qalib tələbələrə mükafatlar təqdim olunub.
Yarışda I yerə Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri (ST və MKS) fakültəsi tələbəsi, II və III yerlərə isə Nəqliyyat fakültəsi tələbələri layiq görülüb.
Sonda 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun heykəlinin qarşısında xatirə şəkli çəkdirilib.