AzMİU TGT-nin sədri "Qərbi Azərbaycana Qayıdış" festival-konqresində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Tacir İsmayılzadə "Qərbi Azərbaycana Qayıdış" festival-konqresində iştirak edib.
21-22 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda Batabat yaylağında keçirilən festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Eyni zamanda Qərbi Azərbaycandan olan iki gəncin toyu keçirilib.
Qeyd edək ki, AzMİU TGT-nin sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşı Tacir İsmayılzadə Qərbi Azərbaycan İcması Basarkeçər rayonu Kəsəmən kənd icmasının Gənclər birliyinin sədri vəzifəsini də icra edir.