AzMİU tələbəsi “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb


Azərbaycan Universiteti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – Ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsi təşkil edib. 

İki mərhələ üzrə keçirilən müsabiqədə AzMİU Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Rövşən Səmədov və UNEC Dizayn məktəbinin baş müəllimi Gülçöhrə Salehzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), SABAH qrupları Maliyyə ixtisasının tələbəsi Aysel Əbdüləzimova və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Tikinti-iqtisad fakültəsi İqtisadiyyat ixtisasının tələbəsi Zeynəb Bağırova “SMART CİTY layihələrinin memarlıq üstünlükləri və onların Qarabağ iqtisadi rayonunda tətbiqi” mövzusunda tədqiqat işi ilə iştirak ediblər.

Final mərhələsinə vəsiqə qazanan tələbələr sertifikat və xüsusi hədiyyələri ilə mükafatlandırılıblar.

21-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]