AzMİU-da startap siyasətləri üzrə potensialın gücləndirilməsi üzrə təlimlər keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) TEC-in təşkilatçılığı ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Soongsil Universiteti və Koreya İnkişaf Strategiya İnstitutunun (KDS) təşkilatçılığı ilə “Azərbaycanda Startap Siyasətləri üzrə Potensialın Gücləndirilməsi üzrə Yerli Təlim Proqramı" iyunun 3-dən iyunun 14-dək davam edib. 

Proqram KOICA ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında “Azərbaycanda İnnovasiya Siyasətinin Təsbiti” adlı qrant layihəsinin bir hissəsidir.  

Bu proqramın məqsədi ekosistem üzvlərinin effektiv startap siyasətləri və strategiyalarının işlənib hazırlanmasında potensialını gücləndirmək, bununla da Azərbaycanda innovasiya və sahibkarlığı təşviq etmək olub.
 
Uğurla başa çatan proqramda ekosistemin 20 üzvü iştirak edib və yekunda bitirmə sertifikatına layiq görülüblər. 

Qeyd edək ki, layihədə AzMİU TEC-in sədri Günel İmamquliyevanın da təmsil olunduğu komanda qalib komandalardan olub.

21-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]