Tələbələrimizin ekoloji həmrəyliyə təşviq edən rəsm əsərləri sərgilənib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) və CreART Mədəniyyət Klubları şəbəkəsinin təşkilatçılığı və tələbələrin iştirakı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili” münasibətilə “Green World” adlı rəsm sərgisi açılıb.
Sərgidə açılış nitqini Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev edib. Növbəti çıxışlar isə Dizayn fakültəsinin dekanı Fərid Kərimov və “CreART” Mədəniyyət Klubları şəbəkəsinin rəhbəri Bəxtiyar Quluzadəyə məxsus olub. Onlar sərgi barədə fikirlərini bölüşüb, ekologiyanın qorunmasına yönəlik fəaliyyətlərə həssas yanaşdıqları və dəstək göstərdikləri üçün gənclərə öz təşəkkürlərini bildiriblər.
Sərgidə “Gənc rəssamlar” altklubunun və digər tələbələrin ekoloji təhlükəsizliyi təmizliyi, eləcə də ekoloji həmrəyliyi təşviq edən rəsm əsərləri sərgilənib.