AzMİU-da “Açıq qapı” günləri keçiriləcək


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ilə əlaqədar olaraq Kütləvi informasiya vasitələri (KİV), ictimaiyyət nümayəndələri və valideynlər üçün “Açıq qapı” günləri keçiriləcək.

“Açıq qapı” günlərinin məqsədi imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir. Açıq qapı günündə iştirak edəcək şəxslər xüsusi ayrılmış zallarda test və yazılı imtahanların gedişini izləyəcək, eyni zamanda yazılı imtahanların şifrələnmə otağında olacaq prosesə canlı şahidlik edəcəklər.

“Açıq qapı” günlərində iştirak etmək istəyən Kütləvi informasiya vasitələri (KİV), ictimaiyyət nümayəndələri və valideynlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSemivboz42FGWOX7dtzbpQzvhH9e_1whO_E_x0D5sicAUg_bQ/viewform 

 

Qeyd: “Açıq qapı” günlərində iştirak etmək istəyən şəxslər 14, 21 və 28 iyun tarixlərində saat 10:00 -16:00 aralığında şəxsiyyət vəsiqəsi ilə universitetə yaxınlaşa bilərlər.
 

13-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]