AzMİU nümayəndələri beynəlxalq tərəfdaşlarla Şərq və Qərb mədəni irsinin rəqəmsallaşdırılması məsələsini müzakirə ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları 30-31 may tarixlərində “Şərq və Qərb mədəni irsinin rəqəmsallaşdırılması üçün innovativ alətlər: rəqəmsal oyun dizayn metodologiyası bələdçisi” (DigiCult Game Design) layihəsi çərçivəsində keçirilən görüşdə iştirak edib.

Görüş İspaniyanın Barselona şəhərində Kataloniya Politexnik Universitetində keçirilib. 

AzMİU-nun da tərəfdaş olduğu layihədə universitetimizi Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Fəridə Qasımova, Xarici əlaqələr şöbəsinin əməkdaşı Natiq Məhəməliyev təmsil edib.

Görüşün məqsədi layihənin oyun dizaynı üçün zəruri olan məlumat və biliklərin paylaşılması, layihədə iştirak edəcək tələbələrin seçilməsi üçün kriteriyaların müəyyən edilməsi olub. Görüş zamanı layihənin məzmununa aid bütün məsələlər müzakirə olunub.

Qeyd edək ki, layihəyə tərəfdaş olan universitetlər arasında AzMİU ilə yanaşı ESOGU, Eskişehir Texniki Universiteti, Bahçeşehir Universiteti, Universita' Degli Studi Di Firenze, Kataloniya Politexnik Universiteti də var. Layihə çərçivəsində növbəti görüşün isə sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçiriləcəyi nəzərdə tutulur. 

12-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]