AzMİU-nun əməkdaşı “Take The Lead” beynəlxalq liderlik kursunu müvəffəqiyyətlə tamamlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Nigar Abdullayeva Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən biri və dünya reytinqində 16-cı sırada qərarlaşan Cornell Universitetinin “Take The Lead” beynəlxalq liderlik kursunu müvəffəqiyyətlə tamamlayaraq sertifikat əldə edib.
Cornell Universiteti, Gender Hub Azərbaycan, Mexoxo və L'Oreal Qadın Fondunun əməkdaşlığı ilə təşkil edilən bu kursa əməkdaşımızda daxil olmaqla 40 fəal gənc seçilib. Onlar təqaüd proqramı çərçivəsində liderlik, sahibkarlıq və digər iş dünyası ilə bağlı 26 mövzunu əhatə edən təlimdən yararlanma imkanı qazanıb.
Qeyd edək ki, bu proqram, gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək və sahibkarlıq qabiliyyətlərini artırmaq üçün unikal və əvəzolunmaz bir fürsət təqdim edir. Eyni zamanda, iş dünyasında önə çıxmalarını təmin edərək onların peşəkar inkişafına mühüm töhfə verir.