AzMİU THİK-in 1 illik fəaliyyəti yüksək qiymətləndirilib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) illik hesabat tədbiri keçirilib. 

Hesabat tədbiri zamanı 2023/2024-cü illər ərzində THİK-in fəaliyyət istiqamətləri barədə məlumat dinlənilib. Tədris ili ərzində həyata keçirilən maarifləndirmə tədbirləri, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, universitet daxilində həyata keçirilən müsabiqələr, sərgilər, idman yarışları, klub fəaliyyətlərinin daha da aktivləşdirilməsi, tələbələr arasında narkomaniya, o cümlədən digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi və s. kimi məsələlər bu illik hesabatda öz əksini tapıb. 

THİK sədri Şahmar Rəfili  təqdim olunan hesabatda yer alan məsələlər barədə ətraflı məlumat verərək tədbirlərin ərsəyə gəlməsində tələbələrin rolundan söhbət açıb. Onların maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərin məcmusundan bəhs edib. Bu il üçün görülən işlərin digər illərə nisbətən daha yüksək səviyyədə gerçəkləşdirildiyi diqqətə çatdırılıb. 
 
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev hesabatı dinlədikdən sonra öz fikirlərini hesabat iştirakçıları ilə bölüşüb. THİK-in fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin müsbət tərəflərini vurğulayıb. 
 
Sonda THİK-in aktiv üzvlərinin çıxışları dinlənilib və il boyu  görülən  fəaliyyətlər qənaətbəxş hesab olunub.
 

06-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]