QS agentliyinin regional direktoru Sergey Xristolyubov ilə görüş keçirilib
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan QS (Quacquarelli Symonds) agentliyinin regional direktoru Sergey Xristolyubov ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları arasında online görüş keçirilib. Görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İKT mərkəzinin rəhbəri Sərxan Talıbzadə və Təcrübə-Karyera mərkəzinin rəhbəri Xanlar Qəniyev iştirak edib.
Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə növbəti il üçün QS “Academic Track” proqramından necə istifadə olunması, üstünlükləri və tam olaraq formatı izah olunub.
Ümumiyyətlə QS Academic Tracker tərəfindən təqdim edilən bu innovativ alət universitetə qlobal miqyasda akademik nüfuzunu və performansını izləmək, təhlil etmək və artırmaq imkanı verəcək.
Bu proqram universitetə öz fəaliyyətini rəqibləri ilə müqayisə etməyə şərait yaradır, güclü tərəfləri və təkmilləşdirilməli sahələri müəyyən etməyə kömək edir.