“Norm” Sement zavodunun təcrübə proqramını uğurla tamamlayan tələbələrimizə sertifikatlar verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “Norm” Sement zavodunda 2024-cü ilin “İstehsalat Təcrübəsi Proqramı”nı uğurla başa vuran 30 tələbə arasında yer alıb.
Bu münasibətlə zavodda proqramın bağlanış mərasimi keçirilib.
Mərasimdə AzMİU ilə yanaşı Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzinin nümayəndələri iştirak ediblər.
AzMiU-nu mərasimdə Maşın və mexanika mühəndisliyi kafedrasının dosenti Rəşid Barxalov, müəllimlər Eliza Həbibova, Qəşəng Həmzəyeva təmsil edib.
Mərasim boyunca təcrübəçilərin, eləcə də AzMİU-nun dosenti Rəşid Barxalovun, Bakı Mühəndislik Universitetinin Təcrübə şöbəsinin rəhbəri Həzi Qasımovun, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzinin tədris üzrə direktor müavini Xalidə Hümbətovanın, Azərbaycan Dövlət İqtisad Universitetinin Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadənin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təcrübə üzrə mütəxəssisi Zümrüd Hüseynovanın çıxışları dinlənilib.
Qeyd edək ki, “Norm” Sement zavodunun “İstehsalat Təcrübəsi Proqramı”nda universitetimizin 4 tələbəsi Tural Yunusov, Kənan Əliyev, Zərifə Bağırova,Elmira Heydarli iştirak edib. Yekunda proqramı uğurla tamamlayaraq sertifikata layiq görülüblər.