Tələbələrimiz “Azerfloat” şirkətinin şüşə zavodunda ekskursiyada olub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyəti (TEC) və Materialşünaslıq kafedrasının təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşən “Azerfloat” şirkətinin şüşə istehsalı zavoduna TEC-ə üzv tələbələrin ekskursiyası təşkil olunub.

Tələbərlə bərabər ekskursiyada Materialşünaslıq kafedrasının müdiri, professor İradə Şirinzadə, TEC-in sədri Günel İmamquliyeva, TEC-in İnşaat fakültəsinin sədr müavini Mahirə Ağazadə və materialşünaslıq kafedrasının bir qrup müəllimi iştirak ediblər. Ekskursiyadan əvvəl kafedranın müdiri professor İradə Şirinzadə "Şüşənin alınma, istehsal və hazırlanma texnologiyası" haqqında tələbələrə ümumi məlumatlar verib. 

AzMİU nümayəndələri rəhbər heyətlə görüşüb, zavod və onun fəaliyyəti istiqamətində məlumatlandırılıblar. Zavodun əməkdaşları ilə birgə ərazini gəzib, xammal materialı saxlanılan anbarları, laboratoriyaları, şüşənin istehsal prosesini, keyfiyyətə nəzarət məntəqəsini, hazır şüşənin saxlanması anbarlarının iş prosesinə şahidlik ediblər. 
 

03-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]