Universitetin tələbələrdən ibarət media komandası hesabat verib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrdən ibarət media komandasının hesabat yığıncağı keçirilib. 

Yığıncaqda azmiu.az platformasının tələbələrdən ibarət media komandasının illik hesabatı dinlənilib. 

Hesabatda 2023\2024-cü illər ərzində azmiu.az platformasının fəaliyyət istiqamətləri, sosial şəbəkələr üzrə statistikaları, həyata keçirilən layihələr və tədbirlər ətrafında danışılıb. Göstəricilərə əsasən, bu tədris ilində statistika ötən illərə nisbətən daha yüksək olub, keyfiyyətli məzmun və paylaşımlarla azmiu.az universitet tələbə və müəllimlərinin diqqətini çəkə bilib. 

Hesabat dinlənildikdən sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili medianın il ərzində uğurlu fəaliyyəti, illik müsbət göstəriciləri barədə məlumat verib. Komandanın işini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev çıxış edərək medianın həyatımızdakı rolu, mahiyyətindən söz açıb. 

Son olaraq tədris ili ərzində media komandasının aktiv üzvləri təltif edilib.
 

31-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]