Zərifə Əliyeva adına Liseyin şagirdləri Fizika və Kimya laboratoriyasında qonaq olublar


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Açıq qapı" günü keçirilib.

“Açıq qapı” günü çərçivəsində akademik Zərifə Əliyeva adına Liseyin yuxarı sinif şagirdləri Fizika və Kimya kafedrasında qonaq olub, professor-müəllim heyəti ilə görüşüblər.

Kafedranın nəzdində olan Kimya laboratoriyası və onun imkanları barədə məlumatlanıb, müasir cihaz və avadanlıqların işləmə prinsipləri ilə tanış olublar. 

Məktəblilərin iştirakı ilə laboratoriya əməkdaşları tərəfindən bir neçə nümunənin analizləri də aparılıb.

Əyani tanışlıq digər kafedraların laboratoriyalarında da davam edib. Məktəblilər AzMiU-nun bazasında olan digər müasir cihaz və avadanlıqlara baxıb, onların xüsusiyyətləri barədə məlumatlanıblar.

Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunan “Açıq Qapı” günündə 1000-dən çox məktəbli və kollec tələbəsi iştirak edib.
 

27-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]