Müasir cihaz və avadanlıqların laboratoriya dərslərinə tətbiqi mövzusunda elmi seminar keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın laboratoriya müdiri Sara Allahverdiyevanın "Müasir metodlara əsaslanan cihaz və avadanlıqların laboratoriya dərslərinə tətbiqi" mövzusunda məruzəsi dinlənilib. 

Seminarda Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, kafedranın müdiri Adil Abdullayev, professor-müəllim heyəti və gənc alimlər iştirak ediblər.

Sara Allahverdiyeva hazırladığı geniş təqdimatda kafedranın nəzdində olan laboratoriyalar və onların üstün imkanlarından söz açıb. Bu laboratoriyalarda müasir metodlara əsaslanan cihaz və avadanlıqların istifadə olunduğunu söyləyərək həmin cihazların iş prinsipini əyani olaraq nümayiş etdirib. Qeyd edib ki, onların laboratoriya dərslərində tətbiqi elmi tədqiqatların keyfiyyətini artırmaqla bərabər dəqiq və effektiv nəticə olmaqda əhəmiyyətli rol oynayır. 

Məruzəçi, eyni zamanda  "Azərsu" ASC-nin Mərkəzi laboratoriyasında keçdiyi təcrübəni də seminar iştirakçıları ilə bölüşüb, burada istifadə olunan yeni cihazlar hesabına müvafiq analizlərin daha operativ həyata keçirildiyi, etibarlı nəticələrin alındığını söyləyib.  

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.
 

22-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]