AzMİU-nun nəzdində Fizika-Riyaziyyat Təmayüllü Liseydə Biologiya fənnindən açıq dərs keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-Riyaziyyat Təmayüllü Liseydə Biologiya fənni üzrə açıq dərs keçirilib. Liseyin 8a sinif şagirdlərinə keçirilən açıq dərsdə duyğu orqanları (analizatorlar) barədə ayrı-ayrılıqda slaydlar təqdim olunub.
Açıq dərsdə Liseyin direktoru Humay Həsənova və müəllimlər iştirak edib.
Biologiya müəllimi Leyla Gülmalıyevanın əyani nümunələr üzərində izah verdiyi dərs “Orqanlar sistemimizi qoruyaq” mövzusuna həsr olunub.
Leyla Gülmalıyevanın mövzu ilə bağlı geniş və əhatəli çıxışından sonra şagirdlərin mövzunu daha dərindən qavraması məqsədilə qrup üzrə məsələ və test tapşırıqları təqdim olunub. Şagirdlər sinifdə 3 qrupa ayrılıb. Dərsin sonunda xüsusi fəallığı ilə seçilən qrup liderləri “44 günlük Qarabağ fəthi” kitabı ilə mükafatlandırılıb.