Universitetimizdə "Gənc memarlar üçün karyera planlaması: mövcud imkanlar və çətinliklər" mövzusunda panel müzakirə təşkil olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, AzMİU Tələbə Gənclər Təşkilatı və Təcrübə və Karyera Mərkəzinin tərəfdaşlığı ilə "CareerLab" şəbəkəsi üzrə "Gənc memarlar üçün karyera planlaması: mövcud imkanlar və çətinliklər" mövzusunda panel müzakirə təşkil olunub.

Panelin açılışını AzMİU TGT-nin sədri Tacir İsmayılzadə edib və öz çıxışında panelin gənclərin uğurlu karyera planlamasına dəstək olacağını bildirib.

Daha sonra AzMİU Təcrübə və Karyera Mərkəzinin əməkdaşı Leyla Rəhimova çıxış edərək mərkəzin vəzifə və imkanlarından danışıb. Bildirib ki, mərkəz AzMİU-nun tədris proqramlarına uyğun olaraq müxtəlif təcrübəyönümlü obyektlərdə istehsalat təcrübəsinin təşkil edilməsi və 14 həftə davam edən istehsalat təcrübəsini izləyib, yaranan problemlərin həll edilməsi, beynəlxalq təcrübəyə uyğun olaraq tədrisin, elmin və istehsalatın əlaqələndirilməsinin təmin edilməsi işini təşkil edir. 

Tədbirin davamında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədri Pərviz Mirələmli çıxış edib. O, belə panel müzakirələrin tələbələrin gələcək karyeralarında olan əhəmiyyətini vurğulayıb.

Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Azər Əliyev çıxış edərək mərkəzin əsas məqsədinin gənclərin azərbaycançılıq və dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək, rayonlarda yaşayan gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırmaq, müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı yaratmaq, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təlimlər, təhsil və təcrübə proqramları təşkil etmək, onları peşəkar həyata hazırlamaq, asudə vaxtlarını səmərəli keçirmələrinə və sosiallaşmalarına şərait yaratmaq olduğunu bildirib.

Spikerlər, "ADDRESS arch." şirkətinin təsisçisi Fərid Abdullayev, "Manarch" studionun təsisçisi İlqar Manafsoy, "Design Bureau" şirkətinin icraçı direktoru Fizuli Əliyev, "Iz Concept" interyer dizayn şirkətinin art direktoru Ləman Vəlizadə və AR Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini hər biri karyera imkanlarından danışıb. İş həyatına yeni başlayacaq gənclər üçün vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydalarından, CV-lərin düzgün tərtib edilməsindən, memarlıq sektorunda tələblər, təkliflər və işə qəbul zamanı diqqət edilməli məqamlardan danışılıb.

Panel sual-cavab sessiyası ilə davam edib.


 

15-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]