AzMİU və YTU-nun ortaq təşkilatçılığı ilə elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) ortaq təşkilatçılığı ilə elmi seminar keçirilib.
Seminarın məruzəçisi AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova “Xarakteristik determinantla normallaşdırıcı vuruqlar arasında bir münasibət və onun requlyarlaşmış izlərə tədqiqi” adlı mövzu ilə çıxış edib.
Çıxışdan sonra professor Nigar Aslanova mövzu ilə bağlı seminar iştirakçılarının suallarını cavablandırıb.
Seminarda AzMİU-nun Ali riyaziyyat kafedrasının professor-müəllim heyəti, YTU-nun və Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, seminarların davamlı olaraq hər həftənin çərşənbə günləri keçirilməsi nəzərdə tutulur.