AzMİU-da açıq dərs: Regionların inkişafı və iqtisadi təhlükəsizlik problemləri müzakirə edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) "Regionların inkişafı və iqtisadi təhlükəsizlik problemləri" mövzusunda açıq dərs keçirilib.
Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi Qumru Şahverdiyevanın İqtisadi təhlükəsizlik fənni üzrə "Regionların inkişafı və iqtisadi təhlükəsizlik problemləri " mövzusuna həsr etdiyi dərs 792 a1, a2 qrupunda təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Açıq dərsdə adıçəkilən kafedranın müdiri dosent Ruhəngiz Əliyeva və müəllimlər iştirak ediblər.
Tam interaktiv şəkildə keçirilən açıq dərsdə Qumru Şahverdiyeva mövzuda qoyulan məsələlərə aydınlıq gətirib, mövzuda qoyulan problemlərin həll yolları axtarılıb. Açıq dərsəin yekununda suallar cavablandırılıb, danışılan mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Sonda Qumru Şahverdiyevanın apardığı açıq dərs kafedranın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.