AzMİU-da ekoloji aksiya - “Təmiz dünya təmiz həyatdır!”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ərazisində “Təmiz dünya təmiz həyatdır!” devizi altında ekoloji aksiya keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekoloji aksiyada Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Universitet şəhərciyinin direktoru Aqşin Kərimov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Tacir İsmayılzadə və tələbə-könüllülər iştirak ediblər.
Ekoloji aksiyanın iştirakçıları tərəfindən AzMİU-nun kampusunda təmizlik işləri aparılıb, ağacların gövdələri əhənglənib, könüllülərin hazırladıqları quş yuvaları ağaclardan asılıb.
Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməklə dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.