"İlk Yardım İkinci Həyata Addım" – AzMİU-da tibbi-profilaktik təlim keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və 2 Saylı Bakı Baza Tibb kollecinin (2BBTK) Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə "İlk Yardım İkinci Həyata Addım" adlı tibbi-profilaktik təlim keçirilib.

Tədbirdə AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev təlimin mahiyyəti haqqında iştirakçılara məlumat verib. İlkin tibbi yardımla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. 

2 Saylı Bakı Baza Tibb kolleci TGT-nin sədri Zahid Aydın çıxış edərək tələbələrə mümkün qəza hallarında və bu kimi müxtəlif situasiyalarda ilk yardımla bağlı nəzəri bilikləri diqqətə çatdırıb.

Praktiki hissədə isə manken üzərində ürək – ağciyər reanimasiyası, tənəffüs yollarının tıxanması, süni tənəffüsvermə, sınıqların sarınması, bayılma, qıcolma, qanaxmalar və yanıqlar zamanı ilk yardım və ilkin tibbi yardım çantasından istifadə qaydaları göstərilib.

Təlimdə həmçinin kollecin "Şəfa" rəqs ansamblının çıxışı nümayiş olunub, "Təbib" xor qrupunun ifası səsləndirilib.

Sonda tələbələri mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb.
 

26-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]