Dizayn fakültəsinə yeni TEC sədri seçilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Dizayn fakültəsi Tələbə Elmi Cəmiyyətinə (TEC) sədr seçkiləri keçirilib.

Səsvermə yolu ilə keçirilən seçkilərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Elşad Əliyev Dizayn fakültəsi TEC-in sədri seçilib.

Dizayn fakültəsinin dekanı Fərid Kərimov çıxış edərək cəmiyyətin rolu, gördüyü işləri yüksək qiymətləndirib, fakültənin TEC sədri seçilən Elşad Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

TEC-in sədri Günel İmamquliyeva rəhbəri olduğu cəmiyyətin vəzifələri, fəaliyyəti və gördüyü işlər barədə geniş təqdimatla çıxış edib. Tələbələrin və magistrantların məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işlərə cəlb edilməsinin önəmini qeyd edib. Yekunda Dizayn fakültəsinin TEC sədri seçilən Elşad Əliyevin vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.  

Sonda Elşad Əliyev ona göstərilən etimad və diqqətə görə kollektivə öz minnətdarlığını bildirib. 
 

25-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]