Azərbaycan Memarlıq və İnşaat Universiteti ekoloji aksiyalarda iştirak edir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada universitetin müəllim-tələbə heyəti iştirak edib. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

22-04-2024