AzMİU-da tələbələrin ingilis dili öyrənmə imkanları genişləndirilir
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Özbaşına ingilis dilini öyrənməyin yolları” adlı təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd tələbələrin ingilis dilinə olan marağının artırılması, Self-study (öz-özünə hazırlaşmaq) üsulu ilə ingilis dilini öyrənmələrinə və ünsiyyət bacarıqlarını inkişaf etdirmələrinə dəstək göstərmək olub.
Təlimdə THİK-in sədri Şahmar Rəfili çıxış edərək belə təlimlərin həyata keçirilməsinin tələbələrin maarifləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib.
Təlim zamanı Cambridge (CELTA) sertifikatlı müəllim, EducMentor mərkəzinin rəhbəri Anzulə Pərvizqızı tələbələrə ingilis dilinin əhəmiyyəti, müstəqil olaraq bu dili öyrənməyin yolları barədə ətraflı məlumat verib. Təlimin davamında EducMentor mərkəzinin müəllimləri Gülay Orucova və Ayişə Hüseynli də öz təcrübələrini, dil öyrənmə metodlarını tələbələr ilə bölüşüblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, THİK-in nəzdində fəaliyyət göstərən “Conversation club” tələbələrin ingilis dilini sürətlə mənimsəmələrinə, dil biliklərini daha da artırmalarına şərait yaradır.