Tələbələrin nəzərinə!!!

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş fənn olimpiadaları keçiriləcək. 

Fənn olimpiadaları materiallar müqaviməti, statika, inşaat mexanikası, riyaziyyat, fizika, ingilis dili (rus dili), informatika olmaqla 7 fənn üzrə keçirilir. 

Olimpiadalarda  qalib gələcək tələbələr  pul mükafatı ilə mükafatlandırılacaq. 

Hər fənn üzrə 1-ci yerin qalibi  300 AZN, 2-ci yerin qalibi 200 AZN və 3-cü yerin qalibi isə 100 AZN  qazanacaq. 

Universitetin bütün fakültələrindən olan tələbələrin qatılacağı intellektual yarışın təşkilinin məqsədi istedadlı tələbələri üzə çıxarmaq, onların tədris olunan fənlərə qarşı marağını artırmaq olub. 

Əlavə məlumat üçün fakültələrin nəzdində müvafiq kafedralara müraciət edə bilərsiniz.
 

17-04-2024