Tələbə və magistrantların nəzərinə!!!


                                                                    AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ ÜZRƏ

                                                                                                                 Elan
     Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tələbə və magistrantların elmi konfransına tezis qəbulu

       
Konfransın bölmələri:

Bölmə- 1. Heydər Əliyev və müasir Azərbaycan                    - dos. K.R. Əliyeva
Bölmə- 2. Memarlıq                                                           - prof. Z.G. Məmmədova 
Bölmə- 3. Şəhərsalma                                                        - prof. Ş.Ş.Qəhrəmanova
Bölmə- 4. Dizayn                                                               - prof. Y.Ə.Hacıyeva
Bölmə- 5. İnşaat konstruksiyaları                                         - prof. M.Ə. Hacıyev 
Bölmə- 6. İnşaat materialları                                               - prof. İ.N. Şirinzadə
Bölmə- 7. Mexanika                                                            - dos. C.E. Musayev 
Bölmə- 8. Texnoloji maşın və avadanlıqlar                             - dos. İ.İ. Baxşıyev 
Bölmə- 9. Hidrotexniki qurğular və meliorasiya                      - prof. Z.S. Musayev
Bölmə- 10. Binaların mühəndis kommunikasiya sistemləri və elektrik təchizatı   - prof. N.Y. Məmmədov
Bölmə- 11. Fövqəladə hallar                                                - prof. İ.İ. Mustafayev
Bölmə- 12. Ekologiya mühəndisliyi                                       - prof. F.Q. Əliyev 
Bölmə- 13. Geomatika                                                        - dos. S.A. Qəniyeva
Bölmə- 14. Nəqliyyat tikintisi                                               - t.e.d. Q.İ. Abdullayev
Bölmə- 15. İnşaatın təşkili və texnologiyası                           - dos. R.H.Quliyev
Bölmə- 16. İdarəetmə və informasiya texnologiyaları              - prof. T.A. Əliyev 
Bölmə- 17. Menecment                                                       - prof. M.A. Məmmədov 
Bölmə- 18. Marketinq                                                          - dos. A.M. Ağayev
Bölmə- 19. İqtisadiyyat                                                       - dos. R.T.Əliyeva 
Bölmə- 20. Riyaziyyat                                                         - prof. F.S. Lətifov 
Bölmə- 21. Xarici dillər                                                        - dos. A.C. Məmmədova
Bölmə- 22. Fizika və Kimya                                                  - prof. A.P. Abdullayev
Bölmə- 23. Azərbaycan dili                                                   - dos. S.A. Əhmədova 


Fakültə dekanları, kafedra müdirləri və bölmə rəhbərlərinə
•    Tələbə və magistrantların Elmi məruzələrinin siyahısı və tezisləri 2024-cü ilin aprel ayının 30-dək universitetin Tələbə Elmi Cəmiyyətinin e-mail ünvanına göndərilsin. (e-mail: [email protected], I bina, 10-cu mərtəbə, otaq- ); 
•    Məruzələrin elmi və təcrübi aktuallığına xüsusi diqqət verilsin;
•    Məruzələrin antiplagiat proqramı vasitəsilə yoxlanılması təmin edilsin; 
•    Təqdim edilmiş materiallar əsasında 03 may 2024–cü ilədək konfransın proqramı nəşr olunsun;
•    Müsabiqə qaliblərinin mükafatlandırılması üçün təkliflər təşkilat komitəsinə təqdim edilsin;
•    Konfrans iştirakçılarına sertifikatlar, qaliblərə diplomlar təqdim edilsin;


Müəlliflərin nəzərinə:
Konfrans materialı əvvəl nəşr olunmayan, digər çap və ya elektron nəşrlərdə olmayan yeni tədqiqat nəticələrini əks etdirməlidir. Tezis üç dildən birində (azərbaycan, ingilis və rus dillərində) qəbul edilir.
Nəşr üçün təklif olunan tezisin həcmi 2 səhifəyə qədər, A4 formatında, Microsoft Word mətn redaktorunda Times New Roman şrifti ilə 12 ölçüdə, səhifənin parametri:  hər iki tərəfdən 2 sm, abzasda 1 sm və sətirlər arası interval 1 sm olmaqla yığılmalıdır.


Konfrans materialının məzmunu aşağıdakı ardıcıllıqla müəyyən edilməlidir:
1.    Tezisin sağ yuxarı künçündə təqdim edilən bölmə qeyd olunmaldır.
2.    Tezisin adı (mərkəzdə qalın şrift ilə) 12 sözdən çox olmamalıdır;
3.    Hər bir müəllifin soyadı, adı və atasının adı (müəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır), qrup nömrəsi, rəhbərin elmi adı və elmi dərəcəsi (əgər varsa);
4.    İşin mahiyyətini və əldə edilmiş nəticələrini əks etdirən, çox qısa formada xülasə;
5.    Mətnin əsas mənasını daşıyan açar sözlər (4-5 söz);

                                                                                     Tezisin təqdim olunmasına aid nümunə:      

                              
Bölmə 14
Əliyeva Aytac Xosrov qızı, qr.M709a
Rəhbər– t.e.f.d, dos. S.A.Fərzəliyev

 
ŞƏBƏKƏ MODELİNİN QURULMASINDA UYĞUNLUQ ƏMSALININ ROLU.
THE ROLE OF COMPLIANCE FACTOR IN SETTING UP THE NETWORK MODEL

Abstract: The project considers three main forms of work schedule presentation: Line including generalized models, cyclogram and network.
The process of describing interconnected operations is carried out using the factor of conformity of the combined operations. There are two types of compliance factor: start of compliance factor; at the end compliance factor;
Açar sözlər: layihə, şəbəkə modelləri, başlamada uyğunluq əmsalı, qurtarmada uyğunluq əmsalı
Keywords: project, network models, start of compliance factor, at the end compliance factor


                                                                                                    Giriş
Layihənin vəziyyətini təhlil etmək üçün müəyyən bir həcmdə məhdudiyyətlər sistemi tərəfindən yaradılan istehsal proqramlarının, maksimum və minimum istehsal, resursların mövcudluğu və iqtisadi göstəricilərin müəyyənləşdirilməsindən ibarət olan modellər və mexanizmlər təqdim olunur.
 Tikinti istehsalatının təşkili məsələlərinin əsas həlli şəbəkə modellərinin planlaşdırılması və idarə edilməsi metodundan aslıdır. Şəbəkənin planlaşdırılması və idarə edilməsi metodu avtomatlaşdırılmış uçotu və nəzarəti, idarəetmə qərarlarının seçilməsini təmin edən məsələləri özündə əks etdirir [1].
İş qrafiki təqdimatının üç əsas forması nəzərdən keçirilir: ümumiləşdirilmiş modellər daxil olmaqla xətti, tsiklogram və şəbəkə.
Qeyd etmək lazımdır ki, ənənəvi şəbəkə modelləri, tikinti axınının təşkilinin təqdim edilməsinin mürəkkəbliyi, fərdi axınların çevik bir əlaqəsi ilə bağlı bir sıra çatışmazlıqlara malikdir.  Ümumiləşdirilmiş şəbəkə modelləri, işlərin modelləşdirilməsində xətti modellərin üstünlükləri və ənənəvi şəbəkə modellərinin tikinti prosesinin operativ idarəedilməsi baxımından üstünlüklərini özündə birləşdirir.

 
                                                                                                   Nəticə
Alınan birləşmədə uyğunluq əmsalları müxtəlif növ tikinti və quraşdırma işləri arasındakı əlaqəni təyin edərkən aydın kəmiyyət hesablamaları üçün istifadə edilə bilər. Beləliklə, bir şəbəkə modeli qurarkən görülən işlərin üst- üstə düşmə dərəcəsini əvvəlcədən müəyyənləşdirmək lazımdır.


                                                                                                 Ədəbiyyat
1.    S.A.Fərzəliyev. Tikinti istehsalatının təşkili, planlaşdırılması və idarə edilməsi, AzMİU, “Nəşriyyat-Poliqrafiya Mərkəzi”, Bakı-2020, 464 səh.
2.    С.А. Баркалов. Теория и практика календарного планирования в строительстве. - Воронеж: ВГАСА, 1999г. -216 с

15-04-2024