AzMİU-nun bir qrup müəllim və tələbə heyəti  Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsi və İnşaat Kollecinin müəllim-tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər. Səfər zamanı öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. 

Daha sonra 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinə baş çəkib, məzarlığın önünə gül dəstələri düzüblər. 

Kompleksin bələdçiləri tərəfindən 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
 

06-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]